Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ova cəhd edən şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Unikal.org-a bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayonu Köçəkli kənd sakini Muxtar Orucov olduğu məlum olub.
Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbir görülüb.