Futbol üzrə İspaniya La Liqasında XXV turunun matçında “Real Madrid" "Real Sosedad"la qarşılaşıb.

Unikal.org xəbər verir ki, görüş Madriddə "Alfredo di Stefano" stadionunda keçirilib və 1:1 hesabı ilə başa çatıb.

Qarşılaşmada hesabı 55-ci dəqiqədə "Real Sosedad"ın hücumçusu Portu açıb. “Real Madrid” bu dəqiq zərbəyə yalnız 89-cu dəqiqədə cavab verə bilib - Vinisius Junior hesabı bərabərləşdirib.

"Real Madrid" 25 matçda 53 xal yığaraq İspaniya La Liqasının yarış cədvəlində üçüncü yer tutur. "Real Sosedad" 42 xalla beşinci yerdə qərarlaşıb.