Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisi azarkeşsiz keçiriləcək.

Unikal.org xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva bildirib.

Onun sözlərinə.görə, belə bir qərar Azərbaycanın "Formula 1" şirkəti qarşısındakı öhdəliyi və ölkənin turizm potensialının pandemiya dövründən sonra da nümayiş etdirilməsi məqsədilə qəbul olunub.

BŞH rəsmisi martın sonlarına doğru yarış məkanında baryerlərin quraşdırılacağını, mayda isə tikintinin yekunlaşacağını sözlərinə əlavə edib: "Yarış məkanı qırmızı, sarı və yaşıl zonalara bölünəcək. Azərbaycan Qran-prisi COVID-19 pandemiyası ilə əlaqədar müəyyən məhdudiyyətlər şəraitində təşkil olunacaq".

Xatırladaq ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.