Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən jurnalist Sosi Xanikyan ölüb.
Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, o, dünən müxalifətin etiraz aksiyasında iştirak edib və evə qayıdarkən avtomobil qəzasında dünyasını dəyişib.
Bildirək ki, uzun illər İctimai TV-də redaktor və ssenarist kimi çalışıb, bir sıra mahnıların sözlərinin, o cümlədən erməni müğənni Sevak Xanaqyanın səsləndirdiyi "Artsax" mahnısının müəllifidir. Qarabağ müharibəsi günlərində və müxalifətin mitinqlərində bu mahnı tez-tez səsləndirilirdi.
Hadisə ilə bağlı cinayət işi açılıb. Qəzanın səbəbləri araşdırılır.