Türkiyənin tanınmış aktyoru Anıl Tetik Bitlisdə helikopter qəzasında şəhid olan general-leytenant Osman Erbaşın əsgərlik dövründə komandiri olduğunu söyləyib.
Unikal.org xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edərək, kədərini bölüşüb.
"Əziz komandirim, Allah sizin və bütün şəhidlərimizin yerini cənnət etsin. Çox təəssüf edirəm",- deyə aktyor şərh edib.
Qeyd edək ki, dünən Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub, iki nəfər ağır yaralanıb. Şəhid olanlardan biri də Elazığdakı quru qüvvələrinin 8-ci korpus komandiri general Osman Erbaşdır.