Türkiyənin Konya şəhəridə qətl hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, evə əsəbi halda gələn ata 10 yaşlı oğlunun döyərək, öldürüb. Hadisədən sonra o, polisə zəng edərək cinayət törətdiyini etiraf edib. Polis əməkdaşları şəxsi saxlayaraq, bölməyə aparıblar. Onun barəsində qətimkan tədbiri seçilib.
Cinayəti törədən atanın külli miqdarda borcu olduğu məlum olub. O, bu səbəblə dəfələrlə həyat yoldaşına və oğluna şiddət göstərib.