1 ildir axtarışda olan  31 yaşlı türk əsilli zabit Deniz Ardanın cəsədinin İsveçin paytaxtı Stokholmda tapılıb. 

Unikal.org xəbər verir ki,  İsveç polisinin verdiyi məlumata görə, zabitin cəsədi 10 gün əvvəl Tyresta Milli Parkında aşkar edilib.  Polislər qısa zamanda ailəsinə məlumat verərək, onun ölümünə səbəbin "cinayət" olmadığını bildirib. 

Qeyd edək ki,  İsveç Silahlı Qüvvələrində komando təlimini müvəffəqiyyətlə başa vuran və Hərbi Dəniz Qüvvələri Komando Məktəbi Komandirliyinə yüksələn Deniz Arda, 18 Noyabr 2020-də itkin düşüb.  Zabit  sonujncu dəfə əvvəl mağazaların birində alış-veriş edərkən, görüntülənib. 

İsveç polisi zabitin ölümü barəsində  araşdırma aparır.