Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistan XİN başçısı Abdulaziz Kamilov ilə görüşüb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər və regional əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüş zamanı Qarabağ və Əfqanıstan məsələlərinə də toxunulub.

"Hədəfimiz əməkdaşlığımızı üst səviyyəyə qaldırmaqdır", - deyə Çavuşoğlu bəyan edib.

Daha sonra birgə mətbuat konfransı keçirilib.