Afrika qitəsində koronavirusa yoluxanların sayı 4 milyon nəfəri ötüb.

Unikal.org "Worldometers"ə istinadən xəbər verir ki, qitdə ümumi yoluxma sayı 4 003 000 nəfərə çatıb. Virusdan ümumi ölüm sayı isə 106 280 nəfərə yüksəlib.

3 565 569 nəfər isə koronavirusa qalib gələrək sağalıb. Qitədə COVID-19-a ən çox yoluxma halları CAR, Mərakeş, Tunis, Misir, Efiopiya və Nigeriyada müşahidə edilib.