ABŞ Milli Aviasiya və Kosmos İdarəsi (NASA) yaxın on ilə Aya ilk qadın astronavtı göndərməyi planlaşdırır. Onun kimliyi hələ ki, məlum deyil. Son astronavt 1972-ci ilin dekabrında Ayda olub. Təxminən yarım əsr sonra NASA insanları yenidən aya qaytarmağı planlaşdırır.
Unikal.org xəbər verir ki, yeni proqram Apollonun mifik əkiz bacısının şərəfinə "Artemis" adlandırılıb.
NASA-nın Aya ilk qadın astronavtı göndərməyi barədə məlumatı İdarənin Space Launch direktoru Charlie Blackwell-Thompson da təsdiqləyib.
Qeyd edək ki, bugünədək Artemis proqramının icrası, xərclərin çox olmasına görə təxirə salınıb.