ABŞ-da dəhşətli cinayət hadisəsi baş verib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 16 yaşlı oğlan sevgilsini amansızcasına qətlə yetirib. Belə ki, o, həmyaşıd olduğu sevgilisinin hamilə olduğunu öyrənib. Yeniyetmə qıza uşağı abort etməsini tələb edib. Lakin qız buna narazılığını bildirib. Bundan sonra oğlan qızı öldürərək, cəsədini parçalara ayırıb. Qızın ailəsi övladlarnın  itkin düşməsi barədə polisə müraciət edib. Polis qısa zamanda axtarışa başlayıb. Onun sonuncu dəfə sevgilisi ilə birlikdə olduğunu aşkar ediblər. 

Polis yeniyetməni saxlayıb. O, cinayəti etiraf edib. Bundan sonra öldürülən qızın cəsədi  zibil qutusundan çıxarılıb. Faktla bağlı araşdırma davam edir.