Bakıda dəhşətli hadisə baş verib.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, 9 mərtəbəli binanın damına çıxan Quliyeva Mətanət Elşən qızı və Səmədova Əfruz Rafiq qızı özlərini binadan ataraq intihar ediblər. Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.

İlkin məlumata görə, qızlardan birinin 16, digərinin isə 17 yaşı var.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.