Ankara məhkəməsi 2016-cı ildə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi işi üzrə qərar çıxarıb.

Unikal.org “RİA Novosti”yə istinadla xəbər verir ki, iş üzrə təqsirləndirilən 28 nəfərdən beşinə bəraət verilib.

Altı nəfər beş ildən doqquz ilədək həbs cəzasına məhkum edilib. Türkiyə məhkəməsi daha beş təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verib.