Yunanıstanda genişmiqyaslı iğtişaşlar başlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisələr paytaxt Afina şəhərində yaşanıb. Belə ki, "Nea Smirni" meydanına toplaşan və aralarında çoxsaylı gənc və tələbələrin olduğu kütlə ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub.

Polis zorakılığına etiraz etmək üçün keçirilən aksiya iğtişaşa çevrilib. Etirazçıların sayı 5 mindən çox olub. Olaylarda 5 aksiyaçı saxlanılıb, 1 polis yaralanıb. Hazırda araşdırmalar davam etdirilir.