Ermənistan müxalifəti bu gün böyük mitinq keçirəcək.

Unikal.org xəbər verir ki, bu barədə “Vətənin qurtuluşu hərəkatı”nın koordinatoru İşxan Saqatelyan bildirib. Onun sözlərinə görə, bu gündən baş nazir Nikol Paşinyanın və rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə aksiyalar daha kütləvi xarakter alacaq.

O, baş nazirin istefası üçün son tarixin bu gün saat 12:00-a qədər olduğunu bildirib.

Paşinyanın erkən seçki keçirtmək niyyəti ilə bağlı açıqlamalarını blef adlandıran müxalifətçi, etirazçıların parlament binasının giriş-çıxışını bloklamaqda davam editdiklərini bildirib.