Hazırda koronavirusa yoluxanlarının sayının artması insanların Novruz bayramında bir-birinə təmas etməsi, qapalı məkanlara getməsi, xeyir-şər məclislərinin təşkil olunması ilə bağlıdır. 

Bunu Unikal.org-a açıqlamasında infeksionist Vüqar Cavadzadə bildirib. O, qeyd edib ki, xeyir-şər məclislərinin keçirilməsinə imkan verilməməlidir:

"Fevral ayında bilirdik ki, bayramda yoluxmaların statistikası artacaq. Mən qapanmanın tərəfdarı deyiləm. Amma koronavirusa yoluxanlar arasında epidemioloji təhlil aparılmalı, onların hansı şəraitdə yoluxması araşdırmalıdır. Son bir həftə arasında koronavirusa yoluxanların təhlilini aparıram. Soruşdiuqlarımın əksəriyyəti deyir ki, yas yerində yoluxmuşam. Qapanma yox, yoluxma hansı sahə ilə bağlıdırsa, ora nəzarət artırılmalıdır. Əgər yoluxmalar yas yerlərində daha çox baş verirsə, xeyir-şər məclislərinin keçirilməsinə imkan verilməməlidir".

Famil Fərhadoğlu