Sosial Xidmətlər Agentliyinin əlilliyi olan şəxslərin Peşə Əmək Reabilitasiya Mərkəzində peşə hazırlığı kursunun başa çatması ilə əlaqədar pandemiya şərtləri də nəzərə alınmaqla imtahan keçirilib.
Unikal.org xəbər verir ki, imtahanda 20 nəfər iştirak edib. Kurs müddətində iştirakçılara agentliyin mütəxəssisləri tərəfindən müxtəlif istiqamətlər üzrə peşə hazırlığı keçilib.
Yiyələndikləri peşə bilik və bacarıqların yoxlanması məqsədilə keçirilən imtahanda
Ümumilikdə 15 nəfər (Qadın bərbəri peşə hazırlığı üzrə 2 nəfər, kişi bərbəri peşə hazırlığı üzrə 2 nəfər, tikişçi peşə hazırlığı üzrə 1 nəfər, toxuculuq peşə hazırlığı üzrə 3 nəfər, kompüter istifadəçisi peşə hazırlığı üzrə 1 nəfər, aşpaz köməkçisi peşə hazırlığı üzrə 2 nəfər, xalçaçılıq peşə hazırlığı üzrə 1 nəfər, ağac üzərində oyma peşə hazırlığı üzrə 1 nəfər, rəssamlıq peşə hazırlığı üzrə 2 nəfər) imtahandan uğurla keçərək şəhadətnamə alıb.
Kursun digər iştirakçılarının isə imtahan vaxtı 1 ay uzadılıb.
Qeyd edək ki, mərkəzdə kompüter istifadəçisi peşəsi, xalçaçılıq, dərzilik, rəssamlıq, toxuculuq, qadın-kişi bərbəri, ağac üzərində oyma, montajçı operator, aşpaz köməkçisi və dulusçuluq sahəsində peşə hazırlığı kursları keçirilib. Kursların müddəti 6 aya qədərdir.