İraqın paytaxtı Bağdad şəhərinin cənubunda xəstəxanada yanğın baş verib.
Unikal.org xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat verib.
İlkin məlumata görə, yanğın zamanı ölənlərin sayı 82-yə yüksəlib.
“Al-Hadath” telekanalının məlumatına görə, xəstəxanada koronavirusa yoluxan şəxslər müalicə alırmış.
Xəstəxanada yanğının partlayışdan sonra baş verdiyini bildirirlər.