Moskvada hava limanında təhlükəsizlik yoxlanışında növbə yaranarkən sərnişinlərdən biri  birbaşa daxil olmaq istəyib. 

Unikal.org xəbər verir ki, bu zaman mühafizəçi ilə şəxs arasında mübahisə yaranıb. Mühafizəçi şəxsin maska taxmasını  tələb edib. Lakin bundan boyun qaçıran şəxs mühafizəçiyə hücum edib. 

Aralarında yaranan davaya digər mühafizəçilər də müdaxilə edib. Şəxs saxlanılaraq, polis bölməsinə  aparılıb.