Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı irəli sürülən ittihamları yenidən təsnif edib.
Unikal.org xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Hazırda Arutyunyan Ermənistan Cinayət Məcəlləsinin 309-cu maddəsinin 3-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaq) ilə ittiham olunur.
Bundan əvvəl ona Cinayət Məcəlləsinin 300.1-ci maddəsi (konstitusiya quruluşunun devrilməsi) ilə ittiham irəli sürülmüşdü.
Xatırladaq ki, Mikael Arutyunyan 1-2 mart 2008-ci il hadisələrinə görə keçmiş prezident Robert Koçaryan və bir sıra digər sabiq rəsmilərlə birlikdə günahkar bilinir.