"Milan" klubunun əfsanəvi futbolçusu Andrey Şevçenko 2005-ci ildə Çempionlar Liqasının finalında "Liverpul"a penaltilər seriyasında uduzmaları ilə bağlı illər sonra danışıb.
Unikal.org xəbər verir ki, hazırda Ukrayna millisinin baş məşqçisi olan Şevçenko İstanbulda keçirilən matç haqqında deyib:
"Bu yara hələ də qanayır. İnsanların bizim coşquya qapıldığımızı deməsi məni narahat edir. Paulo Maldini fasilə zamanı diqqətli olun deyərək bizə xəbərdarlıq etmişdi. Həmin oyundan sonra ilk aylarda bu matçı düşünüb, gecələr qışqıraraq yuxudan oyanırdım".
Xatırladaq ki, həmin görüşdə "Milan" ilk hissədə 3:0 hesabı ilə qalib gəlsə də "Liverpul" ikinci hissədə 3 qol vuraraq hesabı ərabərləşdirmişdi. Bundan sonra "mersisaydlılar" rəqibini penaltilər seriyasında üstələyib.