"Real" hücumçusu Eden Hazardı satmaq qərarına gəlib.
Unikal.org xəbər verir ki, bu barədə İspaniyanın "El Chiringuito" saytı məlumat yayıb. "Kral klubu" yaxşı transfer təklifi gələn kimi 30 yaşlı forvardı yayda satmaq niyyətindədir.
Dünən Çempionlar Liqasının yarımfinalında "Çelsi" ilə cavab oyunundan (2:0) sonra keçmiş komanda yoldaşları ilə deyib-gülən Hazardın bu hərəkəti birmənalı qarşılanmayıb. Belçikalının bu hərəkəti klub rəsmiləri özündən çıxarıb və İspaniya nəhəngi onun satılmasına qərar verib.