Azərbaycandakı uşaq futbol klublarından birində yetkinlik yaşına çatmayanlara enerji içkisi verilir. 

Belə ki, Xocalı” futbol klubu "Red Bull"u  6-12 yaşlı futbolçuların qida rasionuna əlavə edib.  Hətta bununla bağlı klubun rəsmi səhifəsində foto paylaşılaraq "Xocalı Futbol Klubu futbolçuların qida rasionuna xüsusi önəm verir!" sözləri yazılıb. 

Unikal.org-un əldə etdiyi məlumata görə, "Redd Bull" şirkəti klubun sponsorudur. Bu hal klubda  ilk dəfə baş vermir.  

Qeyd edək ki,  2019-cu ildə yaradılan “Xocalı” futbol klubunda  6-12 yaşlarında uşaqlar məşq edir.

Xatırladaq ki, Azərbaycanda “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” qüvvəyə minib. Həmin gündən 18 yaşına çatmamış şəxslərə enerji içkilərinin satılması  qadağan edilib.

Aygün İlqarqızı