İtaliyanın B Seriyasında mübarizə aparan "Çittadella"nun futbolçusu ölüm hadisəsinə görə istintaqa cəlb olunub.

Unikal.org ""Gazzettino"ya istinadla xəbər verir ki, Kristian D'Urso 77 yaşlı kişinin ölümündə günahlandırılır. Belə ki, yarımmüdafiəçi klubun bazasının ərazisində şəxsi avtomobili ilə hərəkətdə olarkən klubun işçisi olan Simonettonu vurub. Yaşlı kişi həmin vaxt velosipedlə hərəkət edirmiş. Hadisə isə bilməyərəkdən törənib.

Olay aprelin 23-də baş versə də, Simonetto bundan 6 gün sonra keçinib. İndi 30 yaşlı futbolçu əməlinə görə cavab vermək məcburiyyətindədir. 

Qeyd edək ki, D'Urso "Roma"nın bütün yaş qruplarından ibarət komandalarında çıxış etsə də, əsas komandada debüt edə bilməyib. Cari mövsümdə B Seriyasında meydanda olduğu 30 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə verib.