Braziliyalı hücumçu Neymar Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubu ilə mövcud razılaşmanın müddətini daha dörd il uzadacaq.
Unikal.org xəbər verir ki, bu barədə “L'Equipe” qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, braziliyalı futbolçu bu gün (8 may – Red) “PSJ” ilə 30 iyun 2026-cı il tarixinədək yeni müqavilə imzalayacaq. 29 yaşlı Neymar bu mövsüm oynadığı 27 matçda 15 qol vurub.
Qeyd edək ki, Neymar “PSJ”yə 2017-ci ildə “Barselona”dan keçib. Transferin məbləği rekord - 222 milyon avro təşkil edib. Onun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.