Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.
Unikal.org xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançının rəqibi Viktor Nemes (Serbiya) olub.
4:1 hesablı qələbə qazanan Hüseynov finala çıxmaqla Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.
Qeyd edək ki, bu, Azərbaycanın yunan-Roma güləşində 2-ci lisenziyası olub. Daha əvvəl İslam Abbasov (87 kq) martda Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa Təsnifat turnirində olimpiadaya qatılmaq hüququ əldə edib.