Bu gün Bolqarıstanın Varna şəhərində təşkil edilən marafonda iştirak edən idmançılardanbiri ölüb.
Unikal.org TASS agentliyinə istinadən verdiyi məlumata görə, 124 idmanın qatıldığı marafonda 50 yaşlı idmançı qəfil yolda yerə yıxılıb.
İdmançının ölümünün səbəbinin infarkt olduğu bildirilib.
Qeyd edək ki, 6 ildir ki, Varnada təşkil olunan marafonda qaçış məsafəsi 42 km 195 metrdir.