Bakıda mebel mağazasında yanğın hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.

Paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan mebel mağazasının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.