İstanbul metrosunda intihara cəhd hadisəsi qeydə alınıb.

Unikal.org  “Haber Global”a istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 12:45 radələrində, metropolitenin Taksim stansiyasında baş verib.

Platforma kənarında dayanan 30 yaşlı Gözdə Melis adlı xanım özünü stansiyaya yaxınlaşan qatarın altına ataraq intihara cəhd göstərib.

İnsident nəticəsində qadının sol ayağı yerindən qopub. O, təcili yardım tərəfindən xəstəxanaya çatdırılıb.