Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 166 milyon 486 min 326 nəfərə çatıb.

Unikal.org Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 457 min 851 nəfərdir. İndiyədək 144 milyon 242 min 961 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 620 434 nəfər koronavirusa yoluxub, 12 786 nəfər dünyasını dəyişib

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 33 862 398 nəfər virusa yoluxub, 603 408 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 26 289 290 nəfərdə virus aşkar edilib. Xəstələrdən 295 525 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 15 976 156 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 446 527 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 581 351 yoluxma, 108 437 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 169 951 nəfər virusa yoluxub ki, onlardan 45 840-ı dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.