ABŞ Prezidenti Co Bayden bəzi şərtlər daxilində Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazırdır.
Unikal.org xəbər verir ki, bunu Amerika lideri Cənubi Koreya Prezidenti Mun Çje In ilə Ağ Evdə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Bayden, ABŞ-ın Şimali Koreyaya irəli sürəcəyi şərtləri açıqlamayıb. Lakin bildirib ki, KXDR lideri nüvə arsenalının müzakirəsi üzrə öhdəlik götürə bilər.