İkinci Qarabağ Müharibəsi zamanı İrana keçən 160 erməni hərbçinin girov saxlanıldığı iddia edilir.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
 
Qəzetin etibarlı mənbələrə istinad edərək verdiyi məlumata görə, müharibə zamanı təxminən 160 erməni əsgər İran sərhədini keçib və hələ də oradadır. İranın onları hansı vəziyyətdə saxladığı məlum deyil. Erməni əsgərləri ilə bağlı məsələnin İran hərbçilərinin bu yaxınlarda Ermənistana səfəri zamanı müzakirə olunduğu bildirilir. Erməni hərbçilərinin geri qaytarılması üçün bəzi şərtlərin irəli sürüldüyü iddia edilir.