ABŞ dövlət Katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yer alıb.
"Dövlət katibi Blinken və xarici işlər naziri Çavuşoğlu Suriya və Əfqanıstandakı ortaq maraqlarımız da daxil olmaqla, ABŞ-la Türkiyə arasındakı əməkdaşlığın vacibliyini müzakirə etdilər", - məlumatda deyilir.
Blinken, ABŞ-ın NATO müttəfiqləri olan Türkiyə ilə Yunanıstan arasındakı danışıqlara kömək göstərməyə davam etdiyini diqqətə çatdırıb.