"YouTube" videohostinqi yeni istifadə qaydalarını tətbiq edir.
Unikal.org xəbər verir ki, iyunun 1-dən etibarən yeni qaydalara görə hostinqin seçdiyi istənilən materialda daha çox reklam yerləşdirilə bilər. Bu şərt təkcə YPP (YouTube Tərəfdaşlıq Proqramı) çərçivəsində göstərilən kanallara şamil olunmur.
“Siz "YouTube"a öz materiallarınızdan gəlir əldə etmək hüququ verirsiniz ki, bu da həmin materiallarda reklam yerləşdirmək, yaxud onlara baxmaq üçün ödəniş tətbiq etmək yolu ilə ola bilər. Bu razılaşma sizə hər hansı ödəniş haqqını vermir”, – yeni qaydalarda qeyd olunur.
Eyni zamanda reklam yerləşdirməsinin yalnız böyük material yerləşdirənlərin iştirak etdiyi YPP çərçivəsində ola bilər. Belə material sahibləri YPP çərçivəsində yerləşdirilən reklamlardan gəlir payına haqq qazanır.