ABŞ dövlət katibi Entoni Blinken mayn 26-27-də İsrailə və Qərb sahilinə səfər edəcək.
Unikal.org xəbər verir ki, səfər zamanı ABŞ rəsmisi İsraillə Qəzza sektoru arasında atəşkəs məsələsini müzakirə edəcək.
Bundan başqa, E.Blinken Misirə və İordaniyaya da gedəcək.
Qeyd edək ki, mayın 10-dan İsraillə Qəzza sektoru arasında münaqişə baş verib, nəticədə 260-dan çox şəxs vəfat edib. İsrail mayın 20-də atəşkəs elan edib.