Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, təltif edilənlər arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova da var.

Sərəncama əsasən, İ. İbrahimova  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20 illiyi münasibətilə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.