Çinin şimalındakı Qansu əyalətində keçirilən dağ marafonu zamanı həlak olanların sayı 21 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə "Global Times" qəzeti məlumat yayıb.
Qeyd edilir ki, xilasedicilər daha bir neçə yarış iştirakçısının meyitini aşkarlayıblar. Məlumata görə, daha 8 nəfər yüngül xəsaərət alıb.
Yerli hakimiyyət orqanları insidentin səbəbini araşdırmaq üçün xüsusi qrup yaradıblar.
Bayin şəhəri yaxınlığında yarış şənbə günü səhər başlayıb. Yarış zamanı bölgədə əlverişsiz hava şəraiti mövcud olub. Çinin “People's Daily” nəşrinin məlumatına görə, söhbət güclü yağışlardan gedir. Yağışlar nəticəsində 15 idmançı həlak olub, daha 6 nəfər itkin düşüb. Digər 151 nəfər təxliyə edilib.
Yarış dayandırılıb.