Şənbə günü Atlantik Okeanında subtropik “Ana” qasırğası meydana gəlib.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğa Müşahidəetmə Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, həmin akvatoriyada küləyin sürəti, təxminən 20,8 m/s-dir.
Hazırda fırtına təxminən 6 km / saat sürətlə qərbə doğru irəliləyir.
Qeyd edək ki, Bermuddan təqribən 280 km şimal-şərqdə yerləşən “Ana” 2021-ci ildə Atlantik qasırğası mövsümündə adlandırılan ilk fırtınadır.