14 yaşlı "Atletiko" azarkeşi komandasının çempionluğunu qeyd edərkən dünyasını dəyişib.
Unikal.org "El Pais"ə istinadən xəbər verir ki, Madridin mərkəzinə doğru hərəkət edən avtobusun pəncərələrindən bayıra çıxmağa cəhd edən gənc, yeraltı parkinq qurğusuna çırpılıb. Hadisə yerinə təcili yardım maşını çatdırılsa da, yeniyetmənin ürəyi dayanıb. Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.
"Atletiko" azarkeşinin ölümü ilə bağlı başsağlığı verib.