Konqo Demokratik Respublikasının şərqində Niraqonqo vulkanının püskürməsi nəticəsində azı beş nəfər həlak olub. Ölənlərin sayının artacağı istisna olunmur.
Unikal.org Actualite informasiya portalına istinadla xəbər verir ki, bu barədə Şimali Kivu əyalətinin hərbi qubernatoru Konstan Ndima məlumat verib. Onun sözlərinə görə, əyalətin administrativ mərkəzi olan Qoma şəhərindən təxliyə zamanı baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər ölüb. Şəhərdə mağazaların qarət olunması, mərkəzi həbsxanadan məhbusların qaçış cəhdi qeydə alınıb. Bazar gününə keçən gecə şəhərdə atəş səsləri eşidilib.
Afrikada ən aktiv vulkanlardan biri – Niraqonqo şənbə günü axşam püskürməyə başlayıb. Qomanın şimal-şərq rayonlarında təxliyə elan olunub. Şəhərin yeddi minə yaxın sakini qonşu Ruandaya qaçıb.