Tanınmış "Nexta" Teleqram kanalının keçmiş baş redaktoru Roman Protaseviç həbs edilib.
Unikal.org xəbər verir ki, o, Belarusdakı etirazları işıqlandırdığına görə prezident Lukaşenko tərəfindən xüsusi nəzarət altında saxlanılıb.
Belə ki, polis qrupları Roman Minskdə Afina-Vilnüs təyyarəsindən zorla endirərək saxlayıblar. "Ryan Air" şirkətinin Afinadan Vilnüsə uçan təyyarəsi "bomba həyəcanı" adı ilə Minskdə enişə məcbur edilib və dərhal Belarusda terrorçu elan edilmiş Protaseviç həbs olunub.
Məlumata görə, Protaseviçin həbs qərarsını Belarus prezidenti Lukaşenko verib. O, öz əleyhdarını həbs etmək üçün Afinadan Vilnüsə uçan təyyarəni məcburi Minskə endirib.
Faktla bağlı araşdrıma aparılır.