Türkiyədə son sutka ərzində 197 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 7839 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 186 min 487, pandemiya qurbanlarının sayı isə 46 min 268 nəfərə çatıb.
Türkiyədə indiyədək 5 milyon 24 min 313 pasiyent (son sutkada 11 202 nəfər) sağalaraq evə buraxılıb.