İran ordusu kiber təhdidlərlə mübarizə gücünü artırmaq məqsədilə “Fəth-1” kod adı altında birgə təlim-məşqləri keçirib.

Unikal.org  xəbər verir ki, bu barədə İran ordusunun baş komandanının koordinasiya üzrə müavini kontr-admiral Həbibullah Səyyari bildirib.

Onun sözlərinə görə, müasir dünyada kiber təhlükəsizliyin təmin olunması çox mühüm məsələlərdən biridir. Təlimlərin məqsədi ordunun kiber təhdidlərə qarşı müdafiəsini gücləndirməkdən ibarətdir.