Qırğızıstan Prezidenti Sadır Japarov Soçiyə işgüzar səfərə gedib.
Unikal.org xəbər verir ki, bu barədə Japarovun mətbuat xidməti məlumat yayıb.
Qırğızıstan lideri səfər zamanı rusiyalı həmkarı Vladimir Putin ilə danışıqlar aparacaq. Onlar ikitərəfli əməkdaşlığın aktual məsələlərini, Qırğızıstan və Rusiya arasındakı əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə etməyi planlaşdırır. Tərəflər, həmçinin koronavirus pandemiyasına qarşı tədbirləri və Qırğızıstana Rusiya peyvəndlərinin tədarükünü müzakirə etmək niyyətindədirlər.