Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zahuri ilə görüşüb.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Müzakirələrin əsas mövzusu bölgədəki sülh və təhlükəsizlik məsələləri olub. Tərəflər əsasən sərhəd məsələsini müzakirə ediblər.

Həmçinin, Ermənistan-İran gündəmindəki bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, hər iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri zamanı əldə olunan razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirilib.