"Ermənistanda qeyri-sabit vəziyyət pik nöqtədə qalmaqda davam edir. Dövlətçiliyi itirmək təhlükəsi böyükdür".
Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, keçmiş prezident Robert Köçəryan mətbuata açıqlamasında deyib:
"Ermənistan hakimiyyəti nəyin bahasına olursa-olsun, öz yerində qalmaq üçün çabalamağa davam edir. Müharibənin bitməsindən 6 ay keçsə də, ölkədə problemlər və risklər azalmır. Ən çox qorxduğumuz şeylər baş verir. Xarici investorlar ölkədəki gərgin vəziyyətə görə Ermənistan iqtisadiyyatına sərmayə yatırmaqdan imtina edirlər. Bu azmış kimi Ermənistandan investorlar qaçır. Hamı başa düşür ki, Ermənistan tənəzzülün bir addımlığındadır. Rəsmi məlumata görə, cari ilin üç ayı ərzində xarici rezidentlər Ermənistanın bank sistemindən 125,5 mlrd. dram çıxarıblar".