Avstriyanın Freistadt şəhərində yerləşən xəstəxanaların birində həkimlər dəhşətli səhvə yol verib.
Unikal.org xəbər verir ki, həkimlər xəstəlikdən əziyyət çəkən 82 yaşlı kişinin sol ayağının "kəsilməli vəziyyətdə" olduğunu təyin ediblər. Bundan sonra əməliyyat masasına yatızdırılan xəstənin səhvən sağlam ayağı kəsilib. Hadisədən xəbərdar olmayan qoca kişinin əziyyət çəkdiyi ayağı da amputasiya olunub. Əməliyyat bitdikdən sonra xəstəyə psixoloji dəstək göstərilib.
Xəstəxana, xəstədən və onun yaxınlarından üzr istəyib. Və bunun "faciəvi səhv" olduğunu bildirib.
Hadisə ilə bağlı istintaq başladılıb.