Latviyanın “AirBaltic” hava yolu şirkəti Belarus üzərindən uçmamaq barədə qərar verib.

Unikal.org xəbər verir ki, bununla bağlı ölkənin nəqliyyat naziri Talis Linkayts bildirib.

Belə bir qərar Afina-Vilnüs reysini yerinə yetirən “Ryanair”ə məxsus təyyarənin Minskə təcili enişindən sonra qəbul edilib. Nazir, baş verən vəziyyəti qeyri-adi adlandırıb və bunun çoxlu suallar doğurduğunu vurğulayıb.

Xatırladaq ki, mayın 23-də Afinadan Vilnüsə uçan “Ryanair” təyyarəsi göyərtədəki bomba xəbərinə görə təcili olaraq Minskə eniş edib. Bomba barədə məlumat təsdiqini tapmayıb. Belarusda ekstremist kimi tanınan “NEXTA” Telegram kanalının qurucusu Roman Protaseviç də təyyardə olub və o, eniş zamanı saxlanılıb.