Bu gün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlar ümumilikdə uğurla həyata keçirilir.
Ujnikal.org-un xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Arqumentı i faktı” qəzetinə müsahibəsində bildirib.
“Bu, xüsusən də münaqişənin humanitar və sosial-iqtisadi nəticələrinin aradan qaldırılması, Cənubi Qafqazdakı nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılmasına aiddir”, - deyə Rusiya XİN başçısı qeyd edib.