Malayziyanın Kuala-Lumpur şəhərinin metrosunda iki qatarın toqquşması nəticəsində azı 166 nəfər yaralanıb.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Vi Ka Siona bildirib.
Nazirin sözlərinə görə, yaralılardan 47 nəfərin vəziyyəti ağırdır.
Hadisə yerli vaxtla saat 20:33-də baş verib. Toqquşan qatarlardan birində 232 sərnişin olub, digəri isə sınaq rejimində işə salındığından boş olub.